Almaniyanın Ukraynaya hərbi məqsədli avadanlıqlar satmaqdan imtina etməsi Kiyevdə birmənalı qarşılanmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “Welt am Sonntag”a verdiyi müsahibədə danışıb.
Səfirin sözlərinə görə, bəzi alman siyasətçilərinin “tamamilə müdafiə məqsədli hərbi yardım mümkün deyil” yanaşması onları narahat etdib:
“Əlbəttə hərbi tibbi nəqliyyat vasitəsində silahlar olmalıdır ki, hücum durumunda özünü qoruya bilsin. Belə vasitələrdən işğal bölgəsinə (Donbas) hücum etmək və işğal olunmuş əraziləri geri almaq üçün istifadə edilə bilməz”.
O, hərbi yardım məsələsinin artıq Berlin və Kiyev arasındakı danışıqların gündəliyində olmadığını, bu məsələni genişləndirmək istəmədiklərini söyləyib: “Altı aydan çoxdur ki, bu, məsələ müzakirə olunmayıb”.
Diplomat Ukraynanın tez-tez Almaniyadan digər sahələrdə geniş yardım aldığını etiraf edib.
Qeyd edək ki, Melnik bundan əvvəl Almaniyanı Ukraynanın NATO-ya erkən üzvlüyünə dəstək verməyə çağırıb. Ona görə, Berlin Ukrayna xalqına qarşı nasist cinayətlərinə görə tarixən məsuliyyət daşıyır. Diplomat bu addımın Avropada yeni bir müharibənin qarşısını alacağına əmin olduğunu deyib.
Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyi bundan əvvəl Ukraynanın Berlindən silah tələbini rədd etmişdi.