Suriyanın Haseke əyalətinin Əl-Dərbasya bölgəsində üç rus əsgərinin yaralandığı barədə məlumat var.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında xəbər yayılıb.
Məlumata görə, piyada əleyhinə minanın partlaması nəticəsində hərbçilər yaralanıb. Bir nəfərin isə öldüyü bildirilib.
Rusiya Müdafiə Nazirliyi bu məlumatı hələ təsdiqləməyib.