11 İyun 2021 17:09
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Əsgəran şəhərindəki orta məktəblərə rus dilinin açıq dərsləri üçün dəvət edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Dərslər zamanı erməni şagirdlər rus hərbçiləri üçün Rusiya şair və yazıçılarının əsərlərini oxuyublar. Öz növbəsində sülhməramlılar rus dili və ədəbiyyatının tarixi barədə danışıblar.


Müəllif: Mənsur Rəğbətoğlu