18 İyun 2021 17:51
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının bu gün keçirilmiş iclası zamanı Antoniu Quterreş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərarı BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.

“Məmnunluq hissi ilə bəyan edirəm ki, Antoniu Quterreş 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edilib”, - o bildirib.

Xatırladaq ki, Quterreş BMT-nin baş katibi vəzifəsinə yeganə namizəd idi. Daha əvvəl onun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası dəstəkləmişdi.


Müəllif: Teleqraf.com