4 Noyabr 2014 13:02
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsinə İstinadən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 8-də, saat 01:30 radələrində Baksol yolunda yerləşən moteldə qeydə alınıb. Bakı şəhər sakini Vasif Nəsibovun cibindən 150 manat və ona məxsus “BMW” markalı avtomobildən 6000 manat nağd pul oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, şübhəli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Fəridə Mirzəyeva tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: