4 Noyabr 2014 15:37
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Bihar əyalətinin Bettiah rayonunun sakini meymunlarına toy mərasimi keçirib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hindu dini adətilə keçirilən toya 200 kəndli qatılıb. Toyda dişi meymuna narıncı, erkəyə isə sarı köynək geyindirilib. Ramu və Ramdulari adını almış heyvanların sahibi, 3 uşaq atası Udesh Mahto erkək meymunu öz övladı kimi gördüyünü deyib: “O, mənim üçün ən böyük oğlum kimidir. Buna görə də onu evləndirmək istədim. Ramunu 7 il əvvəl Nepaldan gətirmişəm. İlk vaxtlarda bunlar öz aralarında yola getmirdilər. Sonra bir-birini sevməyə başladılar. Mən də bunları evləndirməyə qərar verdim”.

Digər tərəfdən hindu rahibi Sunil Shastri meymunlarını evləndirmək istədiyini eşidəndə yaşadığı şoku belə anlatdı: “Meymunu evləndirmək istəyini deyəndə inanmadım, daha sonra isə Mahtonun ciddi olduğunu öyrəndim. Biz də toy gününü təyin etdik”.

Samir


Müəllif: