Almaniya COVID-19 peyvəndi olub-olmamasından asılı olmayaraq Britaniya vətəndaşlarının Avropa Birliyi (AB) ölkələrinə səyahətlərinin qadağan edilməsi üçün ciddi addım atmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Almaniya Kansleri Angela Merkel Delta ştammının sürətli yayılma özəlliyinə sahib olmasını nəzərə alaraq İngiltərəni “riskli ölkə” kimi siyahıya salınmasını istəyir.
Fransa Prezidenti Makron da bu təşəbbüsə dəstək verir. Amma bir neçə Aralıq dənizi ölkəsinin buna qarşı çıxacağı ehtimal olunur.
Yunanıstan, Cənubi Kipr, Malta və Portuqaliya turizm sektorunu qorumaq məqsədilə AB çərçivəsində sərtləşməyə qarşı çıxış edirlər.
İngiltərə Baş naziri Boris Conson Angela Merkelin geri addım atmasını təmin etmək ümidi ilə onunla görüşə hazırlaşır.