5 Noyabr 2014 00:59
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım “Donetsk və Luqansk Xalq Respublikası” ilə tərəfdaşlıq edəcək.

Axar.az xəbər verir ki, bunu “Krım Respublikası Dövlət Şurası”nın sədri Vladimir Konstantinov söyləyib.

Onun sözlərinə görə, “respublikalar” arasında əlaqələr regionlararası əlaqələr səviyyəsində qurulacaq:

“Aydındır ki, bizim respublika ilə olduğu kimi “Donetsk və Luqansk Respublikaları”nı ölkədən kənarda saxlayırlar. Ona görə də biz regional səviyyədə əməkdaşlıq edəcəyik və onlar üçün bu çətin dövrdə Respublikanın qurulmasında yardım göstərəcəyik. Onlar öz müqəddəratını təyin etdilər və əvvəl Ukraynanın tərkibində olduğu kimi hüquqsuz etnik bölgə olmayacaqlar”.


Müəllif:

Oxşar xəbərlər