3 İyul 2021 08:45
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti neft qiymətlərində müşahidə olunan artımın nəticələrindən narahatdır və hesab edir ki, hazırda dünyada neft hasilatını artırmaq üçün imkanlar mövcuddur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Neftin bahalaşmasını görmüşük. Bu, əlbəttə ki, OPEC-in yaxın günlərdə toplaşdığı zaman müzakirə edəcəyi mövzu olacaq. Dünya iqtisadiyyatının yenidən dirçəlməsi və normal istehlakçı fəaliyyətinin bərpası səbəbindən neftə tələb artıb. Bütün hallarda hesab edirik ki, qlobal miqyasda kifayət qədər neft ehtiyatı mövcuddur”- deyə Psaki qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər