Başda Adana, Antaliya, Muğla, Mərsin və Osmaniyə olmaqla Türkiyənin 21 bölgəsində baş verən 63 yanğından 42-si nəzarət altına alınıb, 21 yerdə yanğın davam edir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.
Muğlanın Marmaris rayonunda dünən başlayan meşə yanğınının söndürülməsi üçün işlər davam edir. Armutalanın Şirinyer meşə sahəsində başlayan yanğın küləyin təsiri ilə yayılıb. Yanğını nəzarət altında saxlamaq üçün ekipajlar gecə boyu işlərinə davam edib.
Səhərin erkən saatlarında bölgədə təyyarələr yenidən fəaliyyətə başlayıb. Bölgəyə göndərilən bir çox vertolyotlar da yanğınsöndürmə prosesinə cəb edilib. Bir nəfərin həyatını itirdiyi yanğında bəzi otellərin ehtiyat tədbirləri üçün təxliyə edildiyi, bəzi evlərin, nəqliyyat vasitələrinin və xidməti avtomobillərin yanğından zərər gördüyü bildirilib.
Adananın Aladağ rayonunda dünən başlayan meşə yanğını nəzarətə alınmağa çalışılır. Dünən gecə naməlum səbəbdən Boztaxtadakı meşə sahəsində baş verən yanğına qarşı da tədbirlər görülür. Yanğının güclü küləyin təsiri ilə yayıldığı bildirilib.
Gecə Aladağ rayonunda da yanğın baş verib və güclü külək səbəbindən qonşu rayonlara yayılıb. Yanğın bölgəsindəki bəzi evlər ehtiyat tədbirləri üçün təxliyə edilib.
Adananın Kozan rayonunda 2 gün əvvəl başlayan meşə yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir. Səhərin erkən saatlarında yanğının söndürülməsi üçün təyyarələr havaya qaldırılıb.