30 İyul 2021 13:34
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədəki meşə yanğınları səbəbilə türk xalqının yanında olduqlarını söyləyib.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri bu haqda Tvitter hesabında yazıb.

Zelenski Ukraynanın Türkiyəyə yanğınsöndürmə təyyarəsi göndərəcəyini açıqlayıb:

“Böyük yanğınlar üçün dostum Prezident Rəcəb Tayyib Ərdoğana səmimi başsağlığı çatdırdım. Yanğınsöndürmə təyyarəmiz sabah Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin günlərində dost Türkiyə xalqının yanında olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər