1 Avqust 08:59

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 530 mindən çox artıb.

Teleqraf.com pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 530 min 872 nəfər yeni koronavirusa yoluxub, 8 min 772 nəfər isə dünyasını dəyişib.

Bununla da yoluxanların ümumi sayı 198 milyon 503 min 352, ölənlər isə 4 milyon 232 min 291 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,7 milyon), Hindistan (31,6 milyon), Braziliya (19,9 milyon), Rusiya (6,2 milyon), Fransa (6,1 milyon), Böyük Britaniya (5,8 milyon) və Türkiyədə (5,7 milyon) qeydə alınıb.


Müəllif: Teleqraf.com