1 Avqust 2021 15:50
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ədirnədə Yunanıstandan açılan atəş nətcəsində bir vətəndaşının öldürülməsi ilə bağlı qarşı tərəfə nota verib.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Yunanıstan tərəfindən açılan atəş nəticəsində 1 türk vətəndaşı həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər