İki ildir dünyada hökm sürən COVID-19 virusunun yeni ştammı meydana gələ bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Uhan şəhərinin Virusologiya laboratoriyasının professoru Şi Zengli dünyaya xəbərdarlıq edib.
Şi Zengli yeni virus variantına “qiyamət günü” mutasiyası adını verib:
“Virusa yoluxanların sayı artdıqca, mutasiyaların sayı da artmağa davam edir. Dünya bu virusla yaşamağı öyrənməlidir”.
Qeyd edək ki, koronavirus Şi Zenglinin rəhbərlik etdiyi laboratoriyadan sızdığı iddiasına görə ona "yarasa qadın" da deyirlər.
ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci isə bildirib ki, virus mutasiyaya uğramağa davam edərsə, vaksin onun qarşısında aciz qala bilər.