12 Avqust 2021 11:01
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Hərbi Prokurorluğu bu ölkənin mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, Qəddafinin oğlu “qətl və muzdlu hərbçilərdən istifadə”də ittiham olunur.

Sözügedən qərarın paytaxt Tripoliyə hücumlarda Rusiyaya bağlı “Vaqner” muzdlu qrupu tərəfindən törədilən cinayətlərlə əlaqədar iş materialları üzərində istintaq araşdırmalarına əsaslandığı açıqlanıb.

Seyfulislam Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən “bəşəri cinayət” ittihamı ilə axtarışdadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər