Gürcüstanda son sutkada daha 4314 nəfər koronavirusa yoluxub, 35 nəfər pandemiyanın qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytı məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində daha 4519 nəfər sağalaraq evə buraxılıb.
Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 481 min 578 nəfər təşkil edib. Onların 421 min 532-si sağalıb, 6406-sı dünyasını dəyişib.
Hazırda ölkədə 53 min 614 aktiv koronavirus xəstəsi var.