Türkmənistana səfəri çərçivəsində həmkarı Qurbanqulu Berdimuhammedov ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qeyri-adi hədiyyə bağışlanılıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Berdimuhammedov Ərdoğana Ahal Təkə cinsli "Doğan" adlı at bağışlayıb.
Türkmən prezident mətbuat konfransında iki yaşlı bu atın adının “qardaş” mənasına gəldiyini ifadə edib. O, Türkmənistanda 2014-cü ilin "At ili" elan olunduğunu və bu ildə qardaşına at hədiyyə etməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Ərdoğan isə atı Türkiyəyə aparacağını qeyd edib.
Samir