20 Avqust 2021 21:26
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşdə Amerika hərbi qüvvələrinin Orta Asiyada olmasına etiraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin iddiasına görə, Rusiya liderinin tələbi ABŞ ordusunun dronlar və hərbi təyyarələrinin Əfqanıstanla həmsərhəd ölkələrdə yerləşdirməsinə maneə olub.

WSJ-nin məlumatına görə, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra vəziyyət daha da pisləşib.

Nəşr qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrini Putinin etirazı səbəbindən Tacikistan, Qırğızıstan və Özbəkistanın hava limanlarına giriş olmadan Bəsrə körfəzi ölkələrində yerləşdirməli olacaq:

“Bu, təyyarə və dronların Əfqanıstan ərazisinə uçuş müddətini əhəmiyyətli dərəcədə artırır və döyüş tapşırıqlarının effektivliyini azaldır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər