20 Avqust 2021 22:14
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın işğalı və istilaları 2000-ci illərin əvvəllərində başladı. O vaxtkı prezident Corc Buşun teoloji hədəfi müsəlman ölkələrini dini savaşın içinə itələmək idi”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Əfqanıstanda xaos yaradan ABŞ-ın məqsədi müsəlman ölkələrini bir-birinə düşmən etməkdir:

“Bu plan nəticəsində İslam dünyası dağıldı, müsəlman ölkələri bir-birinə düşməndir. Məzhəb çəkişmələrində boğulur, radikalizmin əlində çapalayır. Təsəvvür edin ki, müsəlman ölkələri bir-birinə cihad elan ediblər. Bir-birini “mürtəd”, “kafir”, “zalım” adlandırırlar, bir-birinə qarşı döyüşürlər. Maraqlar dinə çevrilib”.

Ağar qeyd edib ki, İslam dünyasındakı bu düşmənçilik sayəsində radikal təşkilatlar ortaya çıxır:

“Bu azmış kimi, Səlib yürüşçüləri “İslamofobiya” adı altında daha bir qələbə qazandılar və bununla İslamı və müsəlmanları alçaltmağa və onlara xurafat verməyə müvəffəq oldular. Yaşadığımız bütün şeylərdən, içimizdəki düşmənçilikdən, FETÖ, İŞİD, Taliban, Əl-Qaidə, Həşd əş-Şaabi kimi dindən sui-istifadə edənlərdən dərs ala bilmirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər