23 Avqust 2021 11:40
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin rus əhalisi ilə bağlı açıqlamasını “etnik qarşıdurmaya təhrik” adlandırıb.

Teleqraf.com xəbər verir ki, nazir bunu Macarıstanın “Magyar Nemzet” qəzetinə verdiyi müsahibədə deyib.

“Xatırladım ki, avqustun əvvəllərində dövlət dilinin müdafiəsindən məsuliyyət daşıyan Taras Kremin ukrayna dilində danışmayan bütün vətəndaşları ölkəni tərk etməyə çağırdı. Vladimir Zelenski isə avqustun 5-də verdiyi müsahibəsində ruslara gedib Rusiyada yer axtarmağı məsləhət gördü. Biz bu cür bəyanatları etnik nifrəti qızışdırmaq kimi qiymətləndiririk”, - Lavrov xatırladıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskiyə etiraz etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər