23 Avqust 2021 23:28
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Assam ştatında meyvə və göyərçin noxudundan ibarət prasadanın (hinduizmdə məbədə hədiyyə kimi verilən qida - Red.) qəbulundan sonra 50-dən çox adam zəhərlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polisin məlumatında qeyd olunub.

Hindistanda göyərçin noxudu qida üçün istifadə olunan paxlalılar cinsinə aid bitkidir.

Bildirilir ki, kənd sakinlərindən biri bayram tədbiri təşkil edib və gələn qonaqlara yemək təqdim edib. Bundan sonra qonaqlar qarın ağrısı və qusma ilə bağlı şikayətlər etməyə başlayıblar.

Bazar günü axşamdan bəri 50-dən çox kənd sakini xəstəxanaya yerləşdirilib və hazırda onların vəziyyəti stabildir. Bazar ertəsi günü yerli bir sakinin mağazasında olan bütün göyərçin noxudları müsadirə olunub və hazırda araşdırma aparılır.


Müəllif: Teleqraf.com