Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının əsas və köməkçi qüvvələri Həştərxandan Kaspiyskə köçürülüb.
Teleqraf.com xəbər verir ki, bunu müdafiə nazirinin müavini Timur İvanov “Zvezda” telekanalına müsahibəsində bildirib.
O xatırladıb ki, əvvəlcə Xəzər donanmasının Həştərxandan hərbi hissələrin yerləşdiyi Mahaçqala və Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib.
Bunun üçün Xəzərdə iki baza məntəqəsi olan yeni bazanın inşasına başlanıb.
“Əvvəlcə birinci mərhələ inşa edildi və bütün köməkçi gəmilər köçürüldü. İndi isə bütün əsas gəmilər bilavasitə orada yerləşir”, - deyə o “Ordu-2021” Beynəlxalq hərbi-texniki forumu zamanı televiziyaya bildirib.