ABŞ-ın Florida ştatında silahlı insident nəticəsində biri azyaşlı olmaqla 4 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, məlumatı dairə şerifi Polk Qredi Jadd təsdiq edib.
Silahdan atəş açan narkotik istifadəçisi olub. O, 4 nəfəri güllələdiyini etiraf edib.
Hadisə nəticəsində daha bir qız yaralanıb.