ABŞ ordusu tərkibində İraq və Əfqanıstanda snayperçi kimi xidmət göstərən Bryan Riley Floridada qucağında 3 aylıq körpə ilə qadını, 40 yaşlı şəxsi, və 62 yaşlı qadını öldürüb.
Teleqraf.com xəbər verir ki, qatil 11 yaşlı qızı yaraladıqdan sonra polislə silahlı qarşıdurmaya girib və yaxalanıb.
Florida ştatının Polk səmtində meydana gələn hadisənin ardınca saxlanılan şəxs xəstəxanaya aparılıb. O xəstəxanada da polisin silahını zorla almağa çalışıb və bu səbəbdən də yaralı halda çarpayıya bağlanıb.
Polis qatilin narkotik maddə istifadə etdiyini bildirir.