Koronavirus həyəcanının ardınca Hindistanda Nipah virusu sürətlə yayılmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, sözügedən virusa yoluxan 12 yaşlı oğlan dünyasını dəyişib.
Ehtimallara görə, həmin uşaq 188 nəfərlə təmasda olub. Onlardan 20 nəfəri virus daşıyıcısı olaraq yüksək risk qrupu kimi qiymətləndirilib.
Həmin şəxslər Kozhikode Tibb Fakultəsinə müalicə üçün göndəriləcək. Dİgər şəxslərdən isə evdə özlərini təcrid etmələri xahiş olunub.
Qeyd edək ki, Nipah virusu ilk dəfə 1990-cı illərin sonunda Malayziyadakı donuz fermalarından birində aşkarlanıb. Virus qızdırma, baş ağrısı, qusma və boğaz ağrısı kimi qripə bənzər simptomlarla xarakterizə olunur.
İnsanlar və heyvanlar arasında nipah virusunun hər hansı müalicə üsulu və ya peyvəndi yoxdur.