Gürcüstan hər zaman Cənubi Qafqazda əməkdaşlıq və dinc birgəyaşayışın tərəfdarı olub, biz bunu bir müddət öncə əməllərimizlə də sübut etmişik".
Teleqraf.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Facebook" hesabındakı paylaşımında belə qeyd edib.
Bildirib ki, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında vacib sənədlərin, xəritələrin və saxlanılmış ermənilərin mübadiləsi uğurlu presedentdir və Gürcüstan tərəflər arasında etimadın yaradılması üçün aktiv vasitəçiliyini davam etdirməyə hazırdır.
"Bu uğurlu nümunə bizə regionda davamlı sülh, sabitlik və inkişaf üçün optimist olmağa əsas verir. Bu gün mən Nikol Paşinyana Gürcüstanın Azərbaycan və Ermənistan arasında inamın bərpası məqsədi ilə aktiv vasitəçilik rolunu davam etdirməyə hazırlığını bir daha təsdiqlədim. Bu, bütün region üçün çox vacibdir. Biz yeni ideyaları müzakirə etməyə və birlikdə yeni layihələr həyata keçirməyə hazırıq", - deyə İ.Qaribaşvili qeyd edib.
Baş nazir vurğulayıb ki, Ermənistanın siyasi və iqtisadi sabitliyi regionun sabitliyi ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, region ölkələrinin ortaq baxışı bölgəni tədricən yeni fürsətlər, inkişaf və sülh bölgəsinə çevirmək olmalıdır.