10 Noyabr 2014 21:19
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Kəlküttə şəhərində antiterror idarəsi qarşısında partlayış baş verib.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident binanın yanındakı mühafizə postundan 50 metr aralıda qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd olunur ki, Hindistanın Milli Təhqiqat Agentliyinin (NİA) binasında Banqladeşin baş naziri Şeyx Hasinə qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinənlər saxlanılır. Sui-qəsd cəhdinin üstü oktyabrda Hindistan kəşfiyyatçıları tərəfindən açılmışdı.


Müəllif:

Oxşar xəbərlər