11 Sentyabr 2021 12:53
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə müharibə ehtimalına dair açıqlamasını ciddi qəbul etmədiyini deyib.

Teleqraf.com xəbər verir ki, nazir Zelenskinin bu fikirlərinin daha çox daxili auditoriyaya hesablandığını bildirib.

O, Moskvanın Ukrayna siyasətçilərinin rusofobiya çıxışlarına öyrəşdiyini söyləyib: “Eyni zamanda, burada hələ də KVN-in əks-sədasını görə bilirəm. Bəlkə də bu yolla seçicilərinin qəlbini qazanmağa çalışılar. Bunun üçün başqa yolların qalmaması kədərlidir”.

Nazir Zelenskinin fərqli şüarlarla hakimiyyətə gəldiyini bildirib. Lavrovun sözlərinə görə, Kiyev indi Ukraynada yaşayan və özünü rus hesab edənlərin Rusiyaya getməli olduqlarını bəyan edir. O, Zelenskinin hazırkı prezidentlik dövründə bütün vədlərini yerinə yetirmək və sonra hakimiyyətdən uzaqlaşmaq istədiyini söylədiyini xatırladıb.

Lavrovun sözlərinə görə, hamı Ukrayna liderinin vədlərini necə “yerinə yetirdiyini” görür.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə hazır olduqlarını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər