11 Noyabr 2014 01:40
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peruda ölkənin aparıcı xəbər nəşri olan “Caretas” jurnalının əməkdaşı güllələnib.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, 22-yaşlı gənc jurnalist Fernando Raymondi paytaxt Limadan 100 km aralıda yerləşən San Visente-de-Kanyete şəhərində, atasının dükanında hücuma məruz qalıb.

Sinə nahiyəsindən güllə yaraları alan F.Raymondi hadisə yerində keçinib. Qeyd olunduğuna görə, “Caretas” jurnalı Peruda araşdırma jurnalistikası sahəsindəki nailiyyətləri ilə məşhurdur. Fernando Raymondi 2014-cü ildə Peruda öldürülən sayca ikinci mətbuat nümayəndəsidir.


Müəllif:

Oxşar xəbərlər