12 Sentyabr 2021 22:41
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Fatih” kəşfiyyat-qazma gəmisi Qara dənizin Sakarya ərazisindəki karbohidrogen bölgəsində “Türkali-5” quyusunun qazıntısına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TPAO (Türkiyə Petrolleri Anonim Ortaklığı) şirkəti sosial şəbəkə hesabından paylaşım edib.

Qeyd edək ki, “Fatih” Türkiyənin dənizdə ilk dərin kəşfiyyat-axtarış quyusunu “Tuna-1” yatağında qazandan sonra “Türkali-1” quyusunda 77 gün ərzində 3 min 920 metr dərinlikdə kəşfiyyat-qazma işləri aparıb. Bunun ardınca isə “Türkali” bölgəsində daha 3 quyu işlənilib.

Mütəxəssislər “Türkali-5” quyusunun yerləşdiyi rayonda zəngin qaz yatağının olduğunu ehtimal edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər