11 Noyabr 2014 09:57
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Sindh əyalətində sərnişin avtobusu ilə yük maşının toqquşması nəticəsində ən azı 50 nəfər həyatını itirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Sakır şəhəri yaxınlığında baş verən hadisədə 30 nəfərin yaralandığı bildirilir.

Rəsmilər ölənlərin əksəriyyətinin qadın və uşaq olduğunu qeyd edirlər. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Polisin verdiyi məlumata görə, qəza avtobus sürücüsünün qəfildən qarşı yola çıxması nəticəsində baş verib.

Samir


Müəllif:

Oxşar xəbərlər