15 Sentyabr 2021 10:22
2 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə mümkün savaşa hazır olmalarına dair açıqlamasından sonra Kiyevin Türkiyədən 24 ədəd Bayraqdar TB2 dronu alacağını elan etməsi Rusiyada şok effekt yaradıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna artıq Pilotsuz Uçuş Aparatlarını (PUA) Krım yarımadası sərhədləri boyunca istifadə etməyə başlayıb.

Hücum dronlarının Ukrayna sərhədlərində təhlükəli formada fəaliyyət göstərməsi rus mediasının diqqətindən yayınmayıb.

Rus mediası diqqəti Prezident Zelenskinin açıqlamasından dərhal sonra rəsmi Kiyevin Türkiyədən Bayraqdar TB2 hücum PUA-ları almasına çəkir.

Qeyd edir ki, Qarabağ müharibəsində Bayraqdar TB2 uğurları Ukraynanın bu silahı almağa məcbur edib. Nəticədə Kiyev 4 kompleks (24 ədəd) PUA almaq qərarına gəlib.

Analitiklər qeyd edirlər ki, buna qədər Ukrayna ordusunda 12 PUA olub və bu sayın özü göstərir ki, hücum dronları kifayət qədər təhdid yarada bilər. Daha 4 kompleks Bayraqdar TB2 almaqla Ukrayna ordu arsenalında PUA-ların sayı 36-ya çatdırılacaq. Ekspertlər Ukrayna Baş Qərargahına istinad edərək deyirlər ki, bu say yetərli deyil, amma Ukrayna ordusu hələlik PUA-ların taktiki istifadə edilməsini araşdırmayıb.

Hərbi təlimlər keçirməsinə dair hər hansı bir açıqlama verməməsinə baxmayaraq Ukrayna hücum dronlarınının sentyabrın 13 və 14-ə Rusiyanın şimal sərhədlərinə yaxınlaşarkən görünüb.

Rus mediasına görə, dronların bu hərəkətləri və uçuş istiqaməti diqqətə alınarsa, Krım yarımadasına hücum üçün hazırlıqlara bənzəyir.

Məlumata görə, sentyabrın 13-də Bayraqdar TB2 Krım yarımadasının şimal qərbində Rusiya-Ukrayna sərhədinə 50 kilometdən daha yaxın məsafədə görünüb. Bu zaman dronun məlumat alma və ötürmə cihazlarının qapalı olduğu bildirilir. Bu səbəbdən də dronun tam olaraq uçuş trayektoriyasını izləmək mümkün olmayıb. Bənzər hadisə sentyabrın 14-də də müşahidə olunub. Uzun uçuşun ardınca PUA-lar bazaya qayıdıb.

Ukrayna hazırda əlində olan 12 ədəd dronu Krım ərazisi kənarında havaya qaldırsa da, ehtimal olunur ki, əslində yarımadanı vurmaq istəyir və bu uçuşlarla ön ölan hazırlanır.

Qeyd edək ki, bir müddət əvvəl rus ordusu üçün Orion dronu hazırlandığı və bunun Bayraqdar TB2-dən daha yaxşı performans göstərdiyi haqda fikirlər səsləndirilib. Bu dronu hazırlayan Kronştadt Groupun nümayəndəsi Sergey Boqatikov Orion dronunun peyklə əlaqə sistemi ilə təchiz ediləcəyini və qış aylarında ilk dəfə havaya qalxacağını bildirmişdi. Amma bu iddiaları isbat edəcək hər hansı görüntü ortaya qoyulmayıb.

Rus mütəxəssislər isə qeyd edirlər ki, Ukrayna dronlarının və ya ordusunun Krıma hücumunun hansı nəticələr yaradacağını və bunun nələrlə bitəcəyini Kiyevdə bildikləri üçün belə bir addım atmazlar.


Müəllif: Cavad

Oxşar xəbərlər