MDB müdafiə nazirləri bu gün 2020-ci ilədək hava-kosmik müdafiə sistemi sahəsində birgə əməkdaşlığı müzakirə edəcəklər.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, MDB müdafiə nazirlərinin 67-ci işçi görüşü Rusiyanın paytaxtı Moskvada baş tutacaq. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilir ki, iclas zamanı 2015-ci ildə müdafiə sisteminin təkmilləşdirilməsi məsələləri də gündəmdə olacaq.
Bundan başqa, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü bayramına hazırlıqla bağlı təkliflər də dinləniləcək.
Tədbirdə səkkiz ölkənin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistanın nümayəndələri, eləcə də MDB İcraiyyə komitəsi, MDB Antiterror mərkəzi və Rusiya sərhəd qoşunları komandanları iştirak edəcəklər.
Samir