16 Sentyabr 2021 14:45
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibanın qurduğu yeni hökumətdə daxildə parçalanmanın yarandığı və bunun silahlı qarşıdurmaya çevrildiyi haqda informasiyalar təsdiqini tapır.

Teleqraf.com xəbər verir ki, qarşıdurmanın Talibanın qurucularından olan və yeni hökumətdə baş nazirin müavini postunu tutan molla Əbdülqəni Biradərlə qaçqınlar üzrə nazir postunu tutan Xəlil El-Rəhman Haqqani arasında baş verdiyi ortaya çıxıb.

Hadisə Əfqanıstan paytaxtı Kabildəki prezident sarayında yaşanıb.

BBC Talıban hökumətindəki qaynağına istinadən müəyyən edib ki, Biradər hökumətin tərkibindən məmnun deyil. İddiaya görə, Biradər diplomatiyaya ağırlıq verilməsini vacib saydığı halda Haqqani və dəstəkçiləri Talibanın qələbəni müharibə ilə qazandığı yanaşmasını irəli sürür.

Biradər və Haqqani bu anlaşılmazlıq səbəbindən sərt tonda mübahisə ediblər, hər iki tərəfi dəstəkləyən şəxslər davaya çevrilən hadisəyə qatılıb. Bundan sonra Molla Biradər Kabili tərk edərək Qəndəhara gedib. Biradərin görünməməsi silahlı qarşıdurmaya çevrilən mübahisə zamanı onun öldürüldüyü haqda fikirləri gücləndirib.

Qeyd edilir ki, Biradər Talibanın qurucusu Molla Ömərin ən çox etimad göstərdiyi şəxslərdən biri olmaqla yanaşı ABŞ ilə Taliban arasında sülh razılaşmasını imzalayan şəxsdir.

Xəlil El-Rəhman Haqqani isə Talibanın əhəmiyyətli qanadı olan Haqqani qrupuna mənsubdur.


Müəllif: Nemət

Oxşar xəbərlər