21 Sentyabr 2021 20:14
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İngiltərəyə sığınan keçmiş rus casusu Aleksandr Litvinenkonun rus agentləri tərəfindən zəhərlənərək öldürüldüyü qənaətinə gəlib.

Teleqraf.com xəbər verir ki, AİHM 2006-cı ildə İngiltərədə öldürülmüş Litvinenko ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə Litvinenkoya edilən sui-qəsdin rus agentləri Andrey Luqovoy və Dmitri Kovtun tərəfindən təşkil edildiyinin şübhəsiz doğru olduğunu bildirib.

Qərarda iki rus agentinin zəhərli maddəni təkbaşına əldə etmək imkanlarının olmadığı və Luqovoy və Kovtunun Rusiya hakimiyyəti tərəfindən yönləndirildiyi və nəzarət edildiyinə dair əlamətlər olduğu qeyd edilib.

AİHM Rusiyanın Litvinenkonun ölümü ilə bağlı həqiqəti ortaya çıxaracaq və günahkarları cəzalandıracaq təsiredici araşdırma aparmadığını bildirib.

Britaniya kəşfiyyatı (MI6) üçün işləyən Aleksandr Litvinenko 2006-cı ildə Londonda qaldığı oteldə çayına qarışdırılmış radioaktiv maddə ilə zəhərlənməsindən sonra 43 yaşında ölüb. Litvinenkonun ölümündən əvvəl üç dəfə Luqoyov və Kovtunla görüşdüyü müəyyən olunub.

Rusiya İngiltərə tərəfindən kimliyi müəyyən edilən qatilləri İngiltərəyə təhvil verməkdən imtina edib və bu hadisə iki ölkə münasibətlərində gərginliyə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər