11 Noyabr 2014 16:35
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Rajastan əyalətində qadın qardaşı oğlunu öldürmə iddiası ilə kəndlilər tərəfindən cəzalandırılıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Rajastan polisinin açıqlamasında evinə basqın edən kəndlilərin 45 yaşlı qadının saçlarını kəsdiyini və üzərinə kömür sürütüldüyünü bildirilib. Bunun ürəyi soyumayan kənd camaatı qadını soyundurub, çılpaq vəziyyətdə eşşəyin üzərinə oturdub, bütün kəndi dövr etdiriblər.

Polis hadisədən sonra aparılan tədqiqatda qadının günahkar olmadığını, uşağın intihar etdiyini müəyyən edib və 30 şəxs həbs olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər