27 Sentyabr 2021 10:09
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmiz rüsvayçılıq içindədir, bütün dünya bizə gülür”.

Teleqraf.com xəbər verir ki, bunu növbəti dəfə ABŞ Prezidenti Co Baydeni tənqid edən ölkənin keçmiş dövlət başçısı Donald Tramp deyib.

“Bayden ölkəmizin lideri olmaq üçün qeyri-adekvat insandır. Bayden administrasiyası hər kəsə necə birlik olmaq haqda danışır, amma onlar bunu edə biləcək adamlar deyillər. Bayden admnistrasiyası separatçıdır, özü də ABŞ tarixində ən səriştəsiz prezidentdir”, - Tramp qeyd edib.

Tramp bu dəfə sərt tənqidlərinə yeni fikirlər əlavə edib: “ABŞ günbəgün nüfuzunu itirir. Ölkəmiz rüsvay oldu. Bütün dünya bizə gülür”.

Yenidən namizəd olmasına nə mane olacağı soruşulduqda Tramp bildirib:

“Heç gözləmirəm, amma həkimimdən pis xəbər alsam, namizəd olmayacağam. Bunlar Tanrıdan gələn şeylərdir, amma özümü çox yaxşı hiss edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər