12 Noyabr 2014 11:18
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prezident seçkiləri zamanı ziddiyyətli yayımda günahlandırılan TRT televiziya və yayım şirkəti cəzalandırılıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə əvvəllər göndərilmiş iradlara məhəl qoymayan TRT kanalına 7 proqramın yayımına qadağa qoyulub.

Qeyd edək ki, 45 illik yayın tarixində ilk dəfə belə bir cəza ilə qarşılaşan dövlət televiziya avqustun 6-8-də 3 günlük canlı yayımlar zamanı Rəcəb Tayyib Ərdoğana 5 saat 26 dəqiqə 3 saniyə yer verməsinə baxmayaraq, digər namizədlərə vaxt ayırmayıb.

Samir


Müəllif: