11 Oktyabr 2021 21:27
2 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qəsdən adam öldürmədə ittiham olunaraq edam cəzasına məhkum olunmuş 4 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, məhbuslar oktyabrın 9-da səhər saatlarında Şiraz şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər.

Edam edilən məhkumların məhkəmə prosesi barədə məlumat verilməyib.

İran əhalisinin sayı ilə müqayisədə həyata keçirilən edamların sayına görə dünyada birinci yerdədir. Ölkəni idarə edən teokratik rejim beynəlxalq təşkilatların xəbərdarlıqlarına məhəl qoymayaraq, qanunsuz edamları davam etdirir.


Müəllif: Mənsur Rəğbətoğlu