15 Oktyabr 2021 16:54
6 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ-la diplomatik danışıqlar uğursuz olacağı təqdirdə, Türkiyə Suriyada PKK/YPG terror təşkilatına qarşı yeni hərbi əməliyyatlara başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” Türkiyədəki rəsmi mənbələrə istinadla məlumat yayıb.

Agentlik qeyd edib ki, ən pis ehtimalı nəzərə alan Türkiyə indidən əməliyyat hazırlığını göstərir.

Məlumatda başda Tel-Rıfat olmaqla, potensial terror yuvalarının hədəfə alınacağı iddia olunub:

"Suriyadakı yeni əməliyyatın vaxtı dəqiq deyil. Buna baxmayaraq, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı (MİT) hazırlığa başlayıb.

Qərar verilib ​​və lazım olan ölkələrlə əlaqələndirmə aparılacaq. Məsələ ABŞ və Rusiya ilə müzakirə olunacaq. Diplomatiya nəticə verməsə və YPG bu bölgələri (Tel-Rıfat və digər) tərk etməsə, əməliyyat qaçılmaz görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu