20 Oktyabr 2021 10:45
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toqo Prezidenti For Essozimna Qnassinqbe ölkəsinə səfər edən türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Toqo və Türkiyə arasında əlaqələrin 2014-cü ildə Prezident Ərdoğanın andiçmə mərasimindən sonra başladığını deyən Qnassinqbe iki ölkənin nümayəndə heyətlərinin tez-tez görüşdüyünü bildirib.

“Prezident Ərdoğanın Toqoya gəlişi həm qitəyə verilən dəyəri, həm də yatırımlarının önəmini göstərir. Bu səfər həm də Türkiyənin Afrikaya verdiyi əhəmiyyətin göstəricisidir. İndiyədək qitədən olmayan bir liderin Afrikaya bu qədər gəlişini heç vaxt görməmişik”, - ölkə lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu