21 Oktyabr 2021 08:05
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın ən böyük liman operatoru İran, Pakistan və Əfqanıstandan yükləri qəbul etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, qərara səbəb sentyabr ayında Hindistanın qərb sahilindəki Mundra limanında iki konteynerdən təxminən üç ton heroin ələ keçirilməsi olub.

Heroinin Əfqanıstandan gəldiyi, dəyərinin 2,650 milyard dollar məbləğində dəyəndirildiyi qeyd olunur.

Bundan əvvəl, sentyabr ayında Hindistanın Qucarat sahillərində 20 milyon dollardan çox heroin idxal edən altı İran vətəndaşı həbs edilib.


Müəllif: Teleqraf.com