26 Oktyabr 2021 15:05
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən il aralarında 4 uşaq olmaqla 250 nəfər edam olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin İnsan haqları üzrə İranla bağlı xüsusi məruzəçisi Cavid Rəhman deyib.

BMT İnsan haqları komitəsində çıxış edən məruzəçi İranın edam cəzasının narahatedici səviyyədə tətbiq edildiyini bldirib.

İranın 2020-ci ildə dördü uşaq olmaqla 250-dən çox məhkumu edam etməsinə diqqət çəkən Cavid Rəhman bu il 9 qadın və bir uşaq daxil olmaqla 230 nəfərin kizlicə edam olunduğunu söyləyib.

Cavid Rəhman son hesabatında İranın edam cəzasını tətbiq etməsinə səbəb kimi “əsassız milli təhlükəsizlik ittihamları” kimi halların əsas təşkil etdiyini və bunun əslində narahatlıq yaratdığına vurğu edib.


Müəllif: Nemət