27 Oktyabr 2021 11:57
3 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da Ermənistan Prezidenti Armen Sərkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

Teleqraf.com xəbər verir ki, A.Sərkisyanı Ər-Riyad beynəlxalq hava limanında ölkənin xarici işlər naziri Adel əl-Cübeyr qarşılayıb.

Ermənistan Prezidentinin ilk görüşü də Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə keçirilib.

Ermənistan Prezidentinin mətbuat xidmətinin səfərlə bağlı yaydığı məlumatda deyilir:

“Bu presedenti olmayan hadisə, şübhəsiz ki, Ermənistanın beynəlxalq münasibətlərində dönüş nöqtəsidir”.

Daha sonra məlumatda deyilir:

“Ermənistanın müstəqillik əldə etdikdən sonra Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin mövcud olmadığı, indiyədək heç bir erməni məmurunun heç vaxt ölkəyə səfər etmədiyi bir şəraitdə Ermənistan Prezidenti tarixi addım ataraq, ilk dəfə olaraq ərəb və İslam dünyasında unikal rol oynayan və əhəmiyyəti olan ölkəyə səfər edib”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İslam dünyasında Pakistanla birgə Azərbaycanla münaqişə səbəbindən Ermənistanı tanımayan və onunla heç bir əlaqə qurmayan iki ölkədən biri idi.


Müəllif: Səxavət