28 Oktyabr 2021 17:27
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinlə qarşıdurmada olan Tayvan hökumətinin lideri Tsay İnq-ven ABŞ hərbi qüvvələrinin bu ölkənin ordusuna təlim keçmək üçün adaya gəldiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, ABŞ-ın adanı Çinin mümkün müdaxiləsi və ya işğalından qoruyacağına inandığını deyib.

Tayvan lideri CNN müxbirinin “Əgər Çin sizə qarşı hərbi addım atsa, ABŞ-ın sizi müdafiə edəcəyinə inanırsınızmı?” sualına belə cavab verib:

“ABŞ-la uzunmüddətli əlaqələrimizi nəzərə alsaq, bəli, inanıram”.

O, ABŞ Konqresi və xalqının dəstəyini hiss etdiklərini söyləyib:

“Hər gün artan təhlükə qarşısında özümüzü və demokratiyamızı qorumağa, 23 milyonluq xalqımızın haqqı olan azadlığını təmin etməyə çalışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu