30 Oktyabr 2021 14:01
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qlazqoda görüşəcəyini gözləyirəm. Hazırda bunu təsdiq edə bilmərəm, amma gözlənti budur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sullivan deyib.

Türkiyənin ABŞ-dan F-16 tələbinə dair məsələyə gəldikdə ABŞ rəsmisi bildirib ki, Türkiyə artıq F-35 proqramında deyil: “F-16 proqramına gəlincə, ölkələrin döyüş təyyarələrini necə alacağına dair uzun müddətdir davam edən bir proses var. Türkiyə indi bu prosesin içindədir və bu proses davam edəcək. Hazırda bununla bağlı deyəcək heç nəyim yoxdur”.


Müəllif: Nemət