1 Noyabr 2021 10:05
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden rusiyalı və çinli həmkarları – Vladimir Putin və Si Cinpinin iqlim böhranı ilə bağlı Şotlandiyada keçirilən sammitə qatılmamalarından məyus olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə sammitdən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Biz G-20 sammiti üçün iqlim böhranı ilə bağlı ən mühüm layihələrindən birini hazırlamışıq. Görəcəksiniz ki, bu da həyata keçəcək. Vergilərdən elektrik cihazları və nəqliyyat vasitələrinə qədər müxtəlif sahələrdə sərmayə qoymaq üçün vəsait ayıracağıq. Rusiya və Çin bura gəlmədikləri üçün iqlim böhranı ilə bağlı heç bir öhdəlik götürməyib. Bu məni məyus etdi”, - Bayden vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər