İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının əsas liderlərindən biri olan Əbu Ömər Əl-Şişani öldürülüb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib. Onun sözlərinə görə, Rusiyaya təhdidlər yağdıran İŞİD komandirlərindən Tarkan Bataraşvili (Ömər Şişani) artıq həyatda deyil. O bildirib ki, Rusiyanı təhdid edən hər kəsi belə sonluq gözləyir.
Kadırov cəsədin şəklini İnstagram hesabında paylaşıb.
Qeyd edək ki, Ömər Şişani üç ay əvvəl verdiyi açıqlamada İraq və Suriyadakı işlərini qurtarandan sonra Rusiyaya gələcəyini bildirib.
Samir