3 Noyabr 2021 16:54
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində 1990-cı illərdə həyata keçirilən özəlləşdirmənin və bazar islahatlarının ləğv olunmasına dair kampaniya və bununla bağlı təhqiqatlar rəsmən başa çatıb.

Teleqraf.com xəbər verir ki, doqquz il davam edən məhkəmə prosesi nəticəsində 4082 səhmdar, o cümlədən 1039 əcnəbi vətəndaş əmlakları müsadirə edilməklə ömürlük azadlıqdan məhrum ediliblər. Onlardan 590-ı barədə hökm qiyabi olaraq verilib. Dövlət əmlakının satışını təşkil edən 6 mindən çox vəzifəli şəxs də analoji cəza alıb. Daha 15 min nəfərə yaxın insan özəlləşdirmənin asanlaşdırılmasına görə müxtəlif cəzalar alıb, o cümlədən “cinayətkarlıq nümayiş etdirən və nəyin bahasına olursa olsun xalq əmlakını talan edənləri dayandırmayan” hüquq-mühafizə və nəzarət orqanlarında çalışan əməkdaşlar cəzalandırılıblar.

Sonuncu məhkəmə 1994-cü ildə Şençjen metallurgiya zavodunun səhmlərinin 22%-ni əldə edən 62 yaşlı Çjao Bonu islah-əmək düşərgəsinə göndərib. O, xalq əmlakına və istehsal vasitələrinə mülkiyyət hüququ əldə etdiyinə görə əvvəlcə güllələnmə cəzasına məhkum edilmişdi, lakin digər “əks-özəlləşdirmə” işlərində olduğu kimi ona “xalqın rifahı naminə ömürlük ağır əməklə məşğul olmaqla cəmiyyət qarşısında öz günahını yumağa” icazə verilib.

62 yaşlı Çjao Bo barəsində çıxarılan edam cəzası sonradan ömürlük həbslə əvəzlənib

“Bu hökmlə biz Çinin müasir tarixində ən mühüm proseslərdən birinə nöqtə qoyuruq”, - hakim elan edib. “Mövcud qanunvericiliyə və konstitusiyaya görə, heç kimin istehsal vasitələrinə sahib olmaq və bu yolla da sadə insanları istismar etmək hüququ yoxdur. Ayrı-ayrı siyasətçi-düşmənlər 20 ildən çox müddət ərzində xalq əmlakının bir hissəsinin satışına imkan vermişdilər, indi onların hamısı, alıcılara - daha doğrusu bizim cəmiyyətin bədənindəki parazitlərlə birlikdə məsuliyyətə cəlb edilib və mühakimə edilib.

Ümumilikdə, 9 il ərzində Çin ümumi dəyəri 122 trilyon yuan (19 trilyon ABŞ dollarına yaxın) olan zavod, fabrik və müəssisələri geri qaytarıb. Keçmiş səhmdarların ailə üzvlərinin edam təhdidi altında xaricə çıxarılan 45 trilyon yuanı (təxminən 7 trilyon dollar) geri qaytarmaq da mümkün olub. Çin Xalq Respublikasının sədri Si Cinpinin sözlərinə görə, “Çin xalqı özəlləşdirmə adlanan, əslində isə sosialist mülkiyyətinin oğurlanması haqqında nə düşündüyünü açıq şəkildə ifadə etdi”.

Qeyd edək ki, Çində qanun fərdi şəxslərin istehsal vasitələrinə sahib olmasını və muzdlu işçiləri (özəl emalatxanalar, fabriklər, fermalar və digər hər hansı təsərrüfatlar) istismar etməyi qadağan edir.

Belə bir tədbir əvvəlcə Çinin “stalinist” Konstitusiyasında nəzərdə tutulmuşdu, lakin son vaxtlara qədər onun tətbiqi təxirə salınmışdı.

2012-ci ildən başlayaraq ÇXR hakimiyyəti “xalq dekabalizasiyası” siyasətini elan edib və fəhlə sinfinin istismarçılarına qarşı təqibləri gücləndirib.

Bu siyasət çərçivəsində xüsusi olaraq qanunun geriyə qüvvəsi ilə bağlı qayda qəbul edilib – indi özəlləşdirmə iştirakçıları səhmlərin alınması zamanı formal olaraq heç bir qanun pozuntusuna yol verməsələr belə mühakimə oluna bilərlər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər