10 Noyabr 2021 00:28
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə PKK terror təşkilatının ölkə daxilindəki sığınacaqlarını zərərsizləşdirmək məqsədilə Şırnakda “Ərən Qışş-1” əməliyyatı başlayıb.

Teleqraf.com xəbər verir ki, Şırnak Jandarma Komandanlığının rəhbərlik etdiyi əməliyyata 1550 nəfərlik şəxsi heyətdən ibarət 121 əməliyyat qrupu cəlb olunub.

Əməliyyatlarda məqsədin ölkədə terrorizmə tamamilə son qoymaq olduğu bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyi əməliyyatın ilk günündə artıq 2 terrorçunun zərərsizləşdiriliyini açıqlayıb.

Daxili işlər naziri Süleyman Soylu əməliyyat haqda deyib: “Əməliyyatda artıq 2 terrorçu öldürülüb. Qəhrəman jandarmamızı təbrik edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər